No:178/23, Xarici işlər naziri Ceyhun Bayramovun Yasir Ərafatın ev muzeyinə ziyarətinə dair mətbuat məlumatı

30 mart 2023-cü il tarixində Fələstin Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev muzeyini ziyarət edib.

 

Ziyarət zamanı muzeyin idarə heyəti Azərbaycan nümayəndə heyətinin üzvlərinə 20-ci əsrin əvvəllərindən 2004-cü ildə Fələstin xalqının lideri Yasir Ərəfatın vəfatına qədər Fələstin tarixindəki ən mühüm hadisələri əks etdirən Yasir Ərafatın ev muzeyi barəsində ətraflı məlumat verib.  

 

Muzeyin kolleksiyaları ilə yaxından tanış olan Nazir Ceyhun Bayramov sonda muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti