No:173/25, Xarici işlər naziri Ceyhun Bayramovun Küveyt Dövlətinə rəsmi səfərinə dair mətbuat məlumatı

29 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.

 

Səfər çərçivəsində 30 aprel tarixində nazir Ceyhun Bayramovun Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşünun, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

 

Səfər çərçivəsində həmçinin xarici işlər nazirinin həmsədrlik etdiyi Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının keçirilməsi nəzərdə tutulub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti