news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 aprel 2022

No:167/22, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığına dair məlumatı

8 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

Nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası üzrə fikir mübadiləsi aparıblar. 

 

Tərəflər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri və bu xüsusda, Brüsseldə keçirilmiş yüksək səviyyəli görüşü müzakirə ediblər. 

 

Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu təşkil edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti