news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 iyul 2018

No:165/18, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə AZƏRTAC-a müsahibə verib (Aze-Rus)

-Cənab nazir, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi qeyd edilir. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab olunur. Sizcə hansı məqamları əsas götürərək müasir Azərbaycanın xarici siyasətini 100 il əvvəlki Cümhuriyyət dövrünün xarici siyasətinin varisi hesab etmək olar?

-Məlum olduğu kimi, 2018-ci il dövlətimizin başçısı tərəfindən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu qərar xalqımızın tarixinə, dövlətçilik ənənələrinə verilən yüksək dəyərdir.

Xalqımızın zəngin dövlətçilik tarixi olsa da, tarixin müxtəlif dövrlərində işğala məruz qalması Azərbaycanı müstəqilliyin vacib atributlarından olan xarici siyasət fəaliyyətindən kənar salmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Xarici İşlər Nazirliyi strukturunun təsis edilməsi, beynəlxalq ictimaiyyətlə fəal diplomatik işin aparılması ölkəmizin xarici siyasət fəaliyyətinin əsasını qoydu.

Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi tarixini əsas tutaraq, 2007-ci il avqustun 24-də hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. 1920-ci ilin aprelinədək Azərbaycanın Gürcüstan, Ermənistan, İran, Türkiyə, Ukrayna və başqa yerlərdə diplomatik nümayəndəlikləri və baş konsulluqları mövcud idi. Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyinin yekdil de-fakto tanınmasına müvəffəq olundu və Azərbaycan missiyası Paris Sülh Konfransının Ali Şurasına dəvət aldı.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünə nəzər saldıqda xarici siyasətin məqsəd və məramları baxımından da varisliyin özünü göstərdiyini görürük. İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi, bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə dost münasibətlər yaratmaq Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdi. Bu gün Azərbaycan Respublikası da öz xarici siyasətində qonşu dövlətlərlə və bütövlükdə dünya birliyi ilə ikitərəfli və çoxtərəfli əsasda dostluq münasibətlərinin inkişaf etdirilməsini, regionda və dünyada sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsini xarici siyasətinin təməl məqsədlərindən biri kimi müəyyən edib.

Amma təəssüflə onu da qeyd etməliyik ki, Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi təhdid və təhlükələr, o cümlədən Ermənistanın ərazi iddiaları və Azərbaycana qarşı müharibəyə başlaması, mürəkkəb geosiyasi fitnə-fəsadlar və neft amili 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını da əhatə etdi. Tarixin özünü təkrarlaması formasında sanki geosiyasi təhdidlərimiz sırasında da bənzərlik var. Odur ki, istər institusional baza olaraq istinad mənbəyi kimi, istərsə də xarici siyasətin məqsəd və məramları baxımından müasir Azərbaycan Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət fəaliyyətində varisliyi və ardıcıllığı aydın şəkildə görmək mümkündür.

-Bu gün Azərbaycanın xarici siyasətinin təməl prinsiplərini və qarşısında duran prioritet vəzifələri və tapşırıqları necə təsnif edərdiniz?

-Ulu öndər Heydər Əliyev tərəfindən tarixi təcrübə və yerləşdiyimiz regionun geosiyasi çətinlikləri kimi amillər nəzərə alınaraq, Azərbaycanın çoxistiqamətli və tarazlaşdırılmış xarici siyasət strategiyası müəyyən edilib. Bu gün Azərbaycanın milli maraqlarına əsaslanan çoxistiqamətli və dinamik xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin inkişafının yeni mərhələsinə, dövrün çağırış və tələblərinə uyğun olaraq yeni strateji hədəflər müəyyən olunur və həyata keçirilir. Xarici siyasət daxili siyasətin davamıdır. Daxili siyasətdə əminliyimiz və yalnız özümüzə güvənməyimiz xarici siyasətimizin müstəqilliyini və çevikliyini təmin edir. Elmi-nəzəri dildə desək “praqmatik realizm” Azərbaycanın xarici siyasətinin bəlkə də ən düzgün təsviri olardı.

Azərbaycan Respublikasının xarici siyasəti ölkəmizə xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması, zəbt olunmuş ərazilərimizdə qeyri-qanuni əməllərin qarşısının alınması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, qonşu dövlətlərlə mehriban qonşuluq əlaqələrinin inkişaf etdirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun və mövqeyinin daha da gücləndirilməsi, Azərbaycan ətrafında xoşməramlı regional əməkdaşlıq mühitinin yaradılması, regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın təşviq edilməsi kimi məqsədlərə xidmət edir.

Bununla bərabər, diplomatiyamız qarşısında dünya dövlətləri ilə qarşılıqlı faydalı ikitərəfli dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, enerji, nəqliyyat və iqtisadi diplomatiya strategiyamızın həyata keçirilməsi, xaricdən ölkəmizə sərmayəçilərin və turistlərin cəlb edilməsi, Xəzər dənizi hövzəsində dostluq və əməkdaşlığın təşviqi, dövlət qurumlarının beynəlxalq əməkdaşlığının əlaqələndirilməsi, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin edilməsi, beynəlxalq sülh və təhlükəsizliyə, terrorizmə qarşı mübarizəyə töhfə verilməsi kimi vəzifələr var.

Azərbaycan öz xarici siyasətində, həmçinin multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi, humanitar və mədəni diplomatiya kursumuzun davam etdirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə hüquqlarının müdafiə edilməsi və konsulluq dəstəyinin göstərilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin və diaspor fəaliyyətinin inkişaf etdirilməsi kimi məsələlərə xüsusi əhəmiyyət verir.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan öz xarici siyasətini hamar beynəlxalq müstəvidə həyata keçirmir. Azərbaycan beynəlxalq münasibətlərdə ziddiyyətlərin kəskinləşməsi və gərginliyin artması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə müşayiət olunan fəaliyyətləri Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin artması, yerləşdiyimiz regionun geosiyasi çətinlikləri, Ermənistan və erməni lobbi dairələrinin beynəlxalq informasiya məkanında Azərbaycana qarşı apardıqları təxribatçı əməllər şəraitində həyata keçirmək məcburiyyətindədir.

Bütün bunlara baxmayaraq, ayrıca bir müzakirə mövzusu olan hər bir istiqamət üzrə xarici siyasətimiz ötən illər ərzində əsaslı uğurlar əldə edib.

-Azərbaycan diplomatiyasının uğurları, ölkəmizin dünya dövlətləri, beynəlxalq və regional təşkilatlar ilə əlaqələrinin inkişafı barədə məlumat vermənizi xahiş edirik.

-Diplomatiyanın əsas mahiyyəti və fəlsəfəsi ölkə ətrafında xoşməramlı mühitin yaradılması, dostların və tərəfdaşların artırılması və problemli məsələlərin danışıqlar yolu ilə həll edilməsinə nail olmaqdır. Dövlətlərin qonşularını və coğrafi yerləşmə yerini dəyişmək kimi seçimləri yoxdur. Amma geosiyası stereotipləri və reallıqları dəyişmək mümkündür. Ermənistan istisna olmaqla, əminliklə deyə bilərik ki, Azərbaycan digər qonşu və tərəfdaş ölkələrlə birlikdə Cənubi Qafqaz və geniş mənada Xəzər hövzəsində qarşılıqlı faydalı əməkdaşlığa, etimada və dostluğa əsaslanan yeni geosiyasi reallıq yaratmağa nail olub. Nəticə etibarilə, ölkəmiz ətrafında xoşməramlı mühit formalaşdırılıb. Azərbaycan buna qarşılıqlı faydalı əməkdaşlıq, şəffaf, müstəqil və proqnozlaşdırıla bilən xarici siyasət vasitəsilə nail olur. Regional əməkdaşlığın çevik və unikal forması kimi üçtərəfli əməkdaşlıq formatını bəlkə də diplomatiya tarixində yenilik adlandırmaq olardı. Azərbaycan-Türkiyə-İran, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan və son olaraq Azərbaycan-Gürcüstan-İran-Türkiyə formatlarında əməkdaşlıq mexanizmlərinin yaradılması Azərbaycanın qonşu dövlətlərlə uğurlu ikitərəfli tərəfdaşlığını tamamlayaraq, üçtərəfli əsasda bu tərəfdaşlığın inkişafına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verir.

Bir qədər obrazlı şəkildə desək dənizlərə çıxışı olmayan Azərbaycan tarixi İpək Yolu vasitəsilə dost və tərəfdaş ölkələrlə birlikdə Sakit və Hind okeanlarını Atlantik okeanı ilə birləşdirən layihələrlə çıxış edir. Yalnız Çin və Avropa İttifaqı arasında ticarətin həcminin 500 milyard avro olduğunu nəzərə alsaq aydın olur ki, bir-biri ilə münaqişə və ya rəqabətdə olan deyil, bir-birini tamamlayan etibarlı ticarət marşrutları şaxələndirilməlidir. Azərbaycan əlverişli coğrafi mövqeyindən istifadə edərək buna Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb istiqamətləri üzrə səmərəli və multimodal nəqliyyat dəhlizlərinin qurulması yolu ilə nail olmağa çalışır. Bu layihələr regiondaxili və transregional infrastruktur uzlaşması yolu ilə davamlı iqtisadi artıma və çiçəklənməyə töhfə verir. Artıq fəaliyyətə başlamış Cənub Qaz Dəhlizi və TANAP və onun daha bir seqmenti olan TAP Xəzər, Qara, Aralıq və Adriatik dənizləri hövzəsində yeni əməkdaşlıq məkanı formalaşdırır, enerji təhlükəsizliyinə töhfə verir, Azərbaycanla bu dəhliz boyunca yerləşən ölkələr arasında uzunmüddətli sıx əməkdaşlıq qurulur.
Xəzəryanı dövlətlərin birgə səyi ilə Xəzər dənizində dostluq və əməkdaşlıq mühiti yaradılıb. 2017-ci il dekabrın 4-5-də Moskva şəhərində keçirilmiş Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə, eyni zamanda, Xəzər dənizi çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan sahəvi sənəd layihələrinin hazırkı vəziyyəti barədə müzakirələr aparılıb və Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi demək olar ki, tərəflər arasında razılaşdırılıb.

2017-ci ildə Azərbaycan ilə 70-ə yaxın ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunub. Ötən illər ərzində diplomatik təmsilçiliyimizin coğrafiyası genişlənib. Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanda 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Həmçinin ölkəmizdə 4 baş konsulluq fəaliyyət göstərir.
Dünya ölkələri və beynəlxalq təsisatlar ilə ikitərəfli əlaqələrimizin müqavilə-hüquq bazası genişləndirilir və il ərzində müxtəlif sahələri əhatə edən təqribən 100-ə yaxın ikitərəfli və çoxtərəfli sənəd imzalanıb.

Azərbaycan Respublikası 2019-2022-ci illərdə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edəcək və 2019-cu ildə 18-ci Zirvə toplantısına ev sahibliyi edəcək. 2018-ci il aprelin 3-6-da sədrliyə və Sammitə hazırlıq məqsədi daşıyan Qoşulmama Hərəkatı nazirlər konfransı Bakıda keçirildi. Qlobal və regional məsələlərin əks olunduğu yekun Bakı Bəyannaməsi qəbul olundu. Müxtəlif regionları və qitələri təmsil edən 120 dövlət arasında ortaq məxrəc əldə olunaraq yekun Bəyannamənin hazırlanması Azərbaycan diplomatiyasının yetkinliyini və mürəkkəb beynəlxalq məsələlərin həlli yollarını tapmaq qabiliyyətini göstərir.

2018-2022-ci illər üzrə Azərbaycan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib. Komitəyə yenidən üzv dövlət olaraq Azərbaycan dünyada qeyri-maddi irsin qorunmasına öz töhfəsini vermək və zəngin təcrübəsini paylaşmaq, üzv dövlətlərlə əməkdaşlıq ruhunda birgə fəaliyyət həyata keçirmək, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyadan irəli gələn məqsədlərin həyata keçirilməsinə yaxından dəstək vermək kimi imkanlar əldə edib.

2018-ci ilin ikinci yarısından etibarən Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edəcək. Sədrlik dövründə Azərbaycanın prioriteti QDİƏT regionunda nəqliyyat qovşaqlarının inkişaf etdirilməsi olacaq. Bununla bərabər, Azərbaycan öz sədrliyi dövründə turizm, kənd təsərrüfatı, bağlantı kimi sahəvi əməkdaşlığın inkişafına da xüsusi əhəmiyyət verəcək. 2018-ci ilin sonunda Azərbaycan QDİƏT-in 39-cu Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyi edəcək. 2017-2019-cu illər üzrə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü kimi Azərbaycan beynəlxalq inkişaf məqsədləri naminə fəaliyyətini davam etdirir.

Azərbaycanın təşəbbüsü ilə bu il BMT Baş Assambleyasının 72-ci sessiyasında münaqişə şəraitində qadın və qızların əsir götürülməsinə qarşı dövrü qətnamə, habelə BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində insan hüquqları və Dayanıqlı İnkişaf Məqsədlərinin səmərəli ictimai xidmətlər vasitəsilə təmin edilməsi adlı qətnamə qəbul edilib. Həmçinin Azərbaycanın təşəbbüskarı olduğu itkin düşmüş şəxslər adlı dövrü qətnamənin də bu il ərzində BMT Baş Assambleyasında irəli sürülməsi nəzərdə tutulub.

Azərbaycan tamhüquqlu üzv olduğu regional təşkilatlar - ATƏT, Avropa Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, QDİƏT və digərləri ilə fəal əməkdaşlıq edir. Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaq niyyətindədir.
Azərbaycanın mühüm beynəlxalq təşkilatlarda sədrlik funksiyasına və digər aparıcı komitələrinə seçilməsi, mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunun, dünya dövlətləri tərəfindən ölkəmizə olan etimadın bariz göstəricisidir.

-Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərinizi bilmək maraqlı olardı.

-2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin. Göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verdi. Azərbaycan bunu daim bəyan edirdi ki, Sarkisyan rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır. Ermənistandakı siyasi prosesləri təmkinlə və yaxından izləyərək Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Əgər onlar da Sarkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər.

Danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir və bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.

İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Seçim Ermənistan tərəfdədir. Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox.

-Son vaxtlar Azərbaycanın təşəbbüsü və iştirakı ilə mühüm enerji layihələri reallaşır, Qafqazın Cenevrəsinə çevrilən Bakı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu layihələrin və tədbirlərin reallaşmasının Azərbaycanın dünyada nüfuzunun artmasına, mövqeyinin möhkəmlənməsinə nə kimi təsirləri var?

-İlk növbədə, onu qeyd etmək istərdim ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycanın artan nüfuzunun və beynəlxalq səviyyədə ölkəmizə olan etimadın göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanda mövcud olan sabitlik və təhlükəsizliyin və beynəlxalq tədbirlərin keçirilməsi üçün ölkəmizin müasir infrastruktur imkanlarına malik olmasının nəticəsidir. Azərbaycan beynəlxalq siyasi, iqtisadi, humanitar, idman və digər təyinatlı tədbirlərin keçirildiyi məkandır. Bakı şəhəri regionun diplomatik paytaxtı və dialoq məkanı rolunda çıxış edir, fərqli baxışlara malik olan tərəflər beynəlxalq gündəliyə aid məsələləri müzakirə edir və həll yolu tapmağa çalışırlar.

Tərəflərin müraciəti əsasında Bakı şəhəri ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, NATO-nun hərbi komitəsi və NATO-nun Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə Rusiya Baş qərargah Rəisinin görüşlərinin keçirildiyi məkana çevrilib. Burada haşiyəyə çıxaraq bir maraqlı tarixi faktı qeyd etmək istərdim. Ötən əsrin 80-ci illərinin əvvəllərində Azərbaycan SSR-in rəhbərliyində olan ulu öndər Heydər Əliyev İran-İraq müharibəsi zamanı vasitəçi rolunda çıxış edən Yasir Ərəfat ilə İran rəhbərliyinin görüşünü Azərbaycan-İran sərhədində təşkil etmişdi.

Bu gün Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvlüyünə malik nadir ölkələrdən biri olaraq, bu iki qurumu və bu əsasda onlara üzv olan dövlətləri bir araya gətirərək “Bakı Prosesi” adlanan təşəbbüsün müəllifidir. Bu il “Bakı Prosesi”nin 10 illiyi tamam olur. Azərbaycan öz zəngin milli təcrübəsi əsasında davamlı olaraq mədəniyyətlərarası və sivilizasiyalararası dialoq prosesinə yaxından töhfə verərək Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlərə ev sahibliyi edir.

2016-cı ilin sentyabrında Azərbaycana səfər edən Roma Papası Fransisk Azərbaycanı sivilizasiyalar arasında körpü kimi səciyyələndirib. Azərbaycan multikulturalizm, sivilizasiyalararası dialoq kimi “yumşaq güc” elementlərini beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasının vacib komponenti hesab edir və bu istiqamətdə sistemli fəaliyyətini bundan sonra da davam etdirəcək.

Beynəlxalq sülh və təhlükəsizlik, terrorizmə qarşı mübarizə baxımından mühüm əhəmiyyət kəsb edən dost Əfqanıstanda sabitliyin təmin olunması prosesinə də Azərbaycan öz töhfəsini verir. 2017-ci ilin dekabrında paytaxt Bakı Əfqanıstan üzrə “Asiyanın ürəyi-İstanbul prosesi” xarici işlər nazirlərinin toplantısına ev sahibliyi etdi. Bu ilin iyununda isə Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun həmsədr ölkələri olan Əfqanıstan və Almaniyanın təklifi ilə Bakı Beynəlxalq Təmas Qrupunun iclasına ev sahibliyi etdi.

Müstəqilliyinin ilk illərində ciddi siyasi-iqtisadi, sosial və təhlükəsizlik problemləri ilə üzləşən Azərbaycan bu kimi tədbirlərə ev sahibliyi etməklə həm də özünün əldə etdiyi inklüziv inkişaf modelini, Minilliyin İnkişaf Məqsədləri və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi təcrübəsini bölüşür.

-Xarici İşlər Nazirliyinin əməkdaşlarının əksəriyyətini gənclər təşkil edir. Gənc diplomatların peşəkarlığının artırılması istiqamətində son zamanlarda görülən işlər barədə nə deyə bilərsiniz?

-Bu gün Xarici İşlər Nazirliyinin kollektivinin çox hissəsini gənclər təşkil etməklə bərabər, onların sırasında da gənc qadınlar üstünlük təşkil edir. Nazirliyin mərkəzi aparatında işçilərin 50 faizdən çoxu qadınlardır. Diplomatlarımız fərqli mədəniyyət, ənənələr, iqlim və sosial münasibətlərin mövcud olduğu müxtəlif ölkələrdə layiqincə ölkəmizin maraqları naminə xidmət edirlər.

Xarici İşlər Nazirliyi sistemində dövlət başçısının xarici siyasət sahəsində göstəriş və tapşırıqlarını layiqincə yerinə yetirməyə qadir olan, müasir diplomatiyanın incəliklərini dərk edən, regional və ölkələr üzrə ixtisaslaşan, çoxtərəfli diplomatiyanın mürəkkəbliyinə və beynəlxalq hüquqi məsələlərə yaxından bələd olan, hətta nadir dilləri bilən, dövlətinə və millətinə sadiq və əqidəli əməkdaşlar çalışır. Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizdə yeni bir terminə çevrilən “rəqəmsal diplomatiya” imkanlarından fəal surətdə istifadə edilir. Bu xüsusda, sosial şəbəkə imkanlarından, həmçinin Tvitter diplomatiyasından istifadə olunaraq xarici auditoriyalarla təmaslar qurulur və ölkəmizin həqiqətləri çatdırılır.

Müasir təlim-tədris bazasına malik olan ADA Universiteti yerli və xarici mütəxəssislərin iştirakı ilə Xarici İşlər Nazirliyi əməkdaşlarının müxtəlif sahələr üzrə peşə və dil hazırlığının artırılması üçün davamlı olaraq kurslar və seminarlar təşkil edir. Azərbaycan diplomatları rəqabətli müsabiqələrdən keçərək öz peşəkarlıqlarına görə BMT və onun ixtisaslaşmış təşkilatları, QDİƏT, İƏT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların katibliyində çalışırlar.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Xarici İşlər Nazirliyi sistemində və diplomatik nümayəndəliklərimizdə çalışan bütün əməkdaşları təbrik edirəm. Dövlətimizin başçısı tərəfindən Xarici İşlər Nazirliyinə böyük diqqət və qayğı göstərilir. Azərbaycan Prezidentinin etimadını doğrultmaq üçün diplomatiyamız milli maraqlarımızın və dövlətçiliyimizin keşiyindədir.

---
Эльмар Мамедъяров: Азербайджанская дипломатия находится на страже национальных интересов и нашей государственности

Министр иностранных дел Азербайджанской Республики Эльмар Мамедъяров дал интервью АЗЕРТАДЖ по случаю 9 июля – дня профессионального праздника работников органов дипломатической службы. Представляем это интервью.

-Господин министр, в этом году отмечается 100-летний юбилей создания Азербайджанской Демократической Республики. Современная Азербайджанская Республика считается преемницей Азербайджанской Демократической Республики. Как по-Вашему, беря за основу какие моменты можно считать внешнюю политику современного Азербайджана преемницей внешней политики периода АДР?

- Как известно, глава государства объявил 2018 год «Годом Азербайджанской Демократической Республики». Это решение является высокой оценкой истории нашего народа, традиций государственности.

Наш народ обладает богатой историей государственности, однако то, что на различных этапах истории страна подвергалась оккупации, не позволяло Азербайджану заниматься внешнеполитической деятельностью, являющейся одним из важных атрибутов независимости. С образованием Азербайджанской Демократической Республики было учреждено Министерство иностранных дел, стала проводиться активная дипломатическая работа с международной общественностью, что заложило основу внешнеполитической деятельности в нашей стране.

Неслучайно Президент Ильхам Алиев, исходя из того, что 9 июля 1919 года была принята временная инструкция о Секретариате Министерства иностранных дел Азербайджанской Демократической Республики, подписал 24 августа 2007 года Распоряжение о том, чтобы отмечать 9 июля как день профессионального праздника сотрудников органов дипломатической службы Азербайджанской Республики.

В 1919 году, когда азербайджанская дипломатия делала первые шаги, в Баку функционировали дипломатические представительства 16 иностранных государств, в том числе США, Великобритании, Франции, Италии, Швеции, Швейцарии, Бельгии, Ирана, Польши и Украины. До апреля 1920 года действовали дипломатические представительства и генеральные консульства Азербайджана в Грузии, Армении, Иране, Турции, Украине и других местах. На Парижской мирной конференции было достигнуто единогласное признание де-факто независимости Азербайджана, и азербайджанская миссия получила приглашение в Верховный совет Парижской мирной конференции.

Обратившись к периоду Азербайджанской Демократической Республики, мы видим, что преемственность проявляется и с точки зрения целей и задач внешней политики. Как закреплено в Декларации о независимости, в качестве одного из приоритетных направлений внешней политики Азербайджанской Демократической Республики было определено налаживание дружественных отношений со всеми нациями, в особенности, соседними народами и государствами. Сегодня Азербайджанская Республика также определила в качестве одной из основополагающих целей своей внешней политики развитие дружественных отношений с соседними государствами и мировым сообществом в целом на двусторонней и многосторонней основе, укрепление мира, стабильности и безопасности в регионе и на планете.

Однако следует с сожалением отметить и то, что опасность и угрозы, с которыми столкнулась Азербайджанская Демократическая Республика, в том числе территориальные притязания со стороны Армении и развязывание войны против Азербайджана, сложные геополитические катаклизмы и нефтяной фактор, встретились и на пути Азербайджанской Республики, восстановившей независимость в 1991 году. История словно повторялась в сходстве геополитических угроз.

Поэтому как с точки зрения институциональной базы в качестве опоры, так и целей и задач внешней политики во внешнеполитической деятельности современной Азербайджанской Республики и АДР можно отчетливо увидеть преемственность и последовательность.

-Как бы Вы классифицировали сегодня основополагающие принципы внешней политики Азербайджана и предстоящие приоритетные задачи и поручения?

- Великий лидер Гейдар Алиев, учитывая такие факторы, как исторический опыт и геополитические сложности региона, в котором расположена наша страна, определил многовекторную и сбалансированную внешнеполитическую стратегию Азербайджана. Сегодня Президент Ильхам Алиев успешно продолжает многовекторную и динамичную внешнюю политику, основанную на национальных интересах Азербайджана, в соответствии с новым этапом развития страны, вызовами и велением времени определяет и осуществляет новые стратегические цели.

Внешняя политика является продолжением внутренней политики. Наша уверенность и расчет исключительно на себя во внутренней политике обеспечивают независимость и гибкость внешней политики. Выражаясь научно-теоретическим языком, «прагматичный реализм» является, возможно, самым правильным определением внешней политики Азербайджана.

Внешняя политика Азербайджанской Республики служит таким целям, как предотвращение опасности и угроз нашей стране извне, ликвидация последствий военной агрессии и оккупации Армении против Азербайджана, пресечение незаконных действий на наших захваченных территориях, восстановление территориальной целостности и суверенитета в рамках признанных на международном уровне границ Азербайджана, развитие добрососедских связей с соседними государствами, дальнейшее укрепление международного авторитета и позиции нашей страны, создание вокруг Азербайджана основанной на доброй воле среды регионального сотрудничества, поощрение безопасности, стабильности и сотрудничества в регионе.

Наряду с этим, перед нашей дипломатией стоят такие задачи, как развитие взаимовыгодных двусторонних дружественных и партнерских связей с государствами мира, осуществление стратегии энергетической, транспортной и экономической дипломатии, привлечение в нашу страну инвесторов и туристов из-за рубежа, поощрение дружбы и сотрудничества в бассейне Каспийского моря, координация международного сотрудничества государственных структур, активное взаимодействие с международными организациями, обеспечение верховенства международного права в межгосударственных отношениях, вклад в международный мир и безопасность, борьбу с терроризмом.

Особое значение в своей внешней политике Азербайджан также придает таким вопросам, как мультикультурализм, развитие межкультурного и межрелигиозного диалога, продолжение курса гуманитарной и культурной дипломатии, защита прав граждан Азербайджанской Республики в зарубежных странах и оказание консульской поддержки, развитие связей с азербайджанцами мира и диаспорской деятельности.
Следует также учесть, что свою внешнюю политику Азербайджан осуществляет не на гладкой международной плоскости. Азербайджан вынужден проводить ее в условиях обострения противоречий и роста напряженности в международных отношениях, деятельности, сопровождаемой грубым нарушением норм и принципов международного права, продолжающейся военной агрессии со стороны Армении, нарастания попыток вмешательства во внутренние дела государств, геополитических трудностей нашего региона, провокационных деяний Армении и армянских лоббистских кругов на международном информационном пространстве против Азербайджана.

Несмотря на все это, за минувшие годы наша внешняя политика добилась основательных успехов по каждому отмеченному направлению, которое является отдельной темой обсуждения.

-Расскажите, пожалуйста, об успехах азербайджанской дипломатии, развитии связей нашей страны с государствами мира, международными и региональными организациями.

Основная суть и философия дипломатии заключаются в создании атмосферы доброжелательности вокруг страны, увеличении числа друзей и партнеров, достижении решения проблемных вопросов путем переговоров. Государства лишены возможности выбора соседей и изменения географического месторасположения. Но геополитические стереотипы и реалии изменить можно. С уверенностью можно сказать, что, за исключением Армении, Азербайджан вместе с другими странами-партнерами смог добиться создания на Южном Кавказе и в широком смысле – Каспийском бассейне новой геополитической реальности, основанной на взаимовыгодном сотрудничестве, доверии и дружбе. В итоге вокруг нашей страны сформировалась атмосфера доброжелательности. Азербайджан добился этого благодаря взаимовыгодному сотрудничеству, прозрачной, независимой и прогнозируемой внешней политике.

Формат трехстороннего сотрудничества, как гибкую и уникальную форму регионального сотрудничества, вероятно, можно было бы назвать новшеством в истории дипломатии. Создание механизмов сотрудничества в форматах Азербайджан-Турция-Иран, Азербайджан-Иран-Россия, Азербайджан-Турция-Туркменистан, Азербайджан-Грузия-Турция, Азербайджан-Турция-Пакистан и, наконец, Азербайджан-Грузия-Иран-Турция, дополняя успешное двустороннее партнерство Азербайджана с соседними государствами, придает импульс развитию данного партнерства на трехсторонней основе и вступлению его в качественно новый этап.
Образно говоря, Азербайджан, не имеющий выхода к морям, посредством исторического Шелкового пути совместно с дружественными и партнерскими странами выступает с проектами, соединяющими Тихий и Индийский океаны с Атлантическим океаном. Если учесть, что объем торговли только между Китаем и Европейским Союзом составляет 500 миллиардов евро, то становится очевидной необходимость диверсификации надежных торговых маршрутов, которые не конфликтуют или конкурируют друг с другом, а дополняют друг друга. Азербайджан, используя свое благоприятное географическое положение, стремится добиться этого путем создания эффективных и мультимодальных транспортных коридоров по направлениям Восток-Запад, Север-Юг и Юг-Запад. Эти проекты вносят вклад в устойчивый экономический рост и процветание путем внутрирегионального и трансрегионального инфраструктурного согласования.
Начавшие уже функционировать Южный газовый коридор и проект TANAP, а также еще один сегмент Южного газового коридора – проект ТАР формируют новое пространство сотрудничества в бассейне Каспийского, Черного, Средиземного и Адриатического морей, вносят вклад в энергетическую безопасность, между Азербайджаном и странами, расположенными вдоль этого коридора, налаживается долгосрочное тесное сотрудничество.

Совместными усилиями прикаспийских государств на Каспийском море создана атмосфера дружбы и сотрудничества. Во время состоявшегося 4-5 декабря 2017 года в Москве совещания министров иностранных дел прикаспийских государств были проведены обсуждения по проекту Конвенции о правовом статусе Каспийского моря, а также нынешнем состоянии проектов отраслевых документов, предусматривающих сотрудничество на Каспийском море в различных областях, проект Конвенции о правовом статусе Каспийского моря, можно сказать, согласован между сторонами.

В 2017 году было отмечено 25-летие установления дипломатических отношений между Азербайджаном и почти 70 странами. За минувшие годы география нашего дипломатического представительства расширилась. Функционируют 70 посольств и дипломатических офисов Азербайджана, 5 представительств при международных организациях, 9 генеральных консульств и 14 почетных консульств. В Азербайджане аккредитованы посольства 65 стран, представительства 20 международных организаций и 12 почетных консульств. Последними в Азербайджане открылись посольства Португалии, Венесуэлы, Перу и Коста-Рики. Кроме того, в нашей стране функционируют 4 генеральных консульства.

Расширяется договорно-правовая база наших двусторонних связей со странами мира и международными институтами, в течение года было подписано около 100 двусторонних и многосторонних документов, охватывающих различные сферы.

В 2019-2022 годах Азербайджанская Республика будет председательствовать в Движении неприсоединения, где представлены 120 государств, а в 2019 году примет 18-й Саммит. 3-6 апреля 2018 года в Баку состоялась министерская конференция Движения неприсоединения, цель которой заключалась в подготовке к председательству и Саммиту. Была принята Итоговая бакинская декларация, в которой отражены глобальные и региональные вопросы. Достижение 120 государствами, представляющими различные регионы и континенты, общего знаменателя, и оформление этого в виде итоговой декларации свидетельствуют о зрелости азербайджанской дипломатии и ее способности находить пути решения сложных международных вопросов.

Азербайджан избран в Межправительственный комитет по охране нематериального культурного наследия ЮНЕСКО на 2018-2022 годы. Вновь став государством-членом комитета, Азербайджан получил возможность вносить вклад в охрану нематериального наследия в мире и делиться своим богатым опытом, осуществлять совместную деятельность в духе сотрудничества с государствами-участниками, оказывать активную поддержку осуществлению целей, вытекающих из Конвенции по охране нематериального культурного наследия.
Со второй половины 2018 года Азербайджан будет председательствовать в Организации Черноморского экономического сотрудничества. В период председательства приоритетом Азербайджана будет развитие транспортных узлов в регионе ОЧЭС. Наряду с этим, в период председательства Азербайджан также будет придавать особое значение развитию отраслевого сотрудничества в таких сферах, как туризм, сельское хозяйство, связь (connectivity). В конце 2018 года Азербайджан будет принимать 39-е заседание Совета министров иностранных дел ОЧЭС.

Азербайджан, как член Экономического и Социального совета ООН (ЭКОСОС) на 2017-2019 годы, продолжает деятельность в целях международного развития.

В этом году по инициативе Азербайджана на 72-й сессии Генеральной Ассамблеи ООН были приняты периодическая резолюция против взятия в плен женщин и девушек в условиях конфликта, а также резолюция под названием «Обеспечение прав человека и целей устойчивого развития посредством эффективных общественных услуг» в рамках 37-й сессии Совета по правам человека ООН. Кроме того, в этом году на Генеральной Ассамблее ООН по инициативе Азербайджана планируется выдвинуть периодическую резолюцию, именуемую «Пропавшие без вести лица».

Азербайджан активно сотрудничает с региональными организациями – ОБСЕ, Советом Европы, ОИС, СНГ, Советом сотрудничества тюркоязычных государств, Организацией экономического сотрудничества, ГУАМ, ОЧЭС и другими. Азербайджан, обладающий статусом партнера по диалогу в Шанхайской организации сотрудничества, намерен поднять сотрудничество на еще более высокий уровень.

Азербайджан выполняет функцию председательства в важных международных организациях, избирается в другие ведущие комитеты, принимает престижные мероприятия, что является наглядным показателем растущего авторитета нашей страны на международном уровне, доверия государств мира к нашей стране.
- Было бы интересно узнать Ваше мнение о нынешнем состоянии и перспективах переговоров по урегулированию армяно-азербайджанского конфликта.

- Договоренность, достигнутая в начале 2018 года, заключалась в том, чтобы продолжить на основе существующей повестки дня интенсивные переговоры после выборов, которые должны были пройти в Армении и Азербайджане. Как видно, в Армении разразился неизбежный политический кризис. Азербайджан постоянно заявлял, что политика, проводимая режимом Саргсяна, ведет Армению к пропасти. Внимательно и сдержанно наблюдая за политическими процессами в Армении, азербайджанская сторона заявила, что если пришедшие к власти в Армении новые силы будут проводить здравомысленную политику, то в урегулировании конфликта можно добиться подвижек. Если же и они пойдут по пути режима Саргсяна, то их ждет та же участь. Руководство Армении должно понять, что урегулирование конфликта может создать возможности регионального сотрудничества, в котором они нуждаются больше всех, и обеспечить устойчивый мир в регионе.

Позиция Азербайджана в переговорном процессе ясна, однозначна и категорична, она, в первую очередь, опирается на нормы и принципы международного права, резолюции Совета Безопасности ООН. Формат и повестка дня переговорного процесса, проводимого при посредничестве сопредседателей Минской группы ОБСЕ, ясны. Дорожная карта процесса поэтапного урегулирования конфликта также хорошо известна всем. Для достижения подвижек в урегулировании конфликта, в первую очередь, необходимо устранить факт оккупации и, как того требуют резолюции Совета Безопасности ООН, - вывести армянские войска с оккупированных территорий Азербайджана.

11-го июля в Брюсселе при посредничестве сопредседателей Минской группы ОБСЕ состоится встреча министров иностранных дел Армении и Азербайджана. Выбор за Арменией. Предстоящая встреча покажет, готова ли, наконец, Армения сыграть конструктивную роль в урегулировании конфликта или нет.

-В последнее время по инициативе и при участии Азербайджана реализуются важные энергетические проекты, Баку, превратившийся в Женеву Кавказа, принимает престижные международные мероприятия. Какое влияние реализация данных проектов и мероприятий оказывает на повышение авторитета Азербайджана в мире, укрепление его позиций?

-В первую очередь, хотел бы отметить, что проведение в Азербайджане таких мероприятий является показателем растущего авторитета Азербайджана и доверия к нашей стране на международном уровне. Это также является результатом стабильности и безопасности в Азербайджане и обладания нашей страной современной инфраструктурой для проведения международных мероприятий. Азербайджан является местом проведения международных политических, экономических, гуманитарных, спортивных и других мероприятий. Баку выступает в роли дипломатической столицы региона и пространством диалога, где стороны, придерживающиеся различных взглядов, обсуждают вопросы международной повестки дня и стараются найти пути их решения.

На основании обращения сторон город Баку стал местом проведения встреч начальников генеральных штабов Вооруженных сил США и России, верховного главнокомандующего Военным комитетом НАТО и Союзными силами НАТО и начальником Генерального штаба России.

Здесь мне хотелось бы сделать отступление и напомнить интересный исторический факт. Великий лидер Гейдар Алиев, находившийся в начале 1980-х годов в руководстве Азербайджанской ССР, организовал на азербайджано-иранской границе встречу Ясира Арафата, выступавшего в роли посредника во время ирано-иракской войны, с руководством Ирана.

Сегодня Азербайджан, как одна из немногих стран, являющихся одновременно членом Организации исламского сотрудничества и Совета Европы, налаживая связи между этими двумя структурами и на основе этого - государствами-членами этих организаций, является автором инициативы под названием «Бакинский процесс». В этом году «Бакинскому процессу» исполняется 10 лет. Азербайджан, постоянно внося на основе богатого национального опыта непосредственный вклад в процесс межкультурного и межцивилизационного диалога, принимает такие мероприятия, как Бакинский гуманитарный форум, Форум по межкультурному диалогу.

Папа Римский Франциск, совершивший в сентябре 2016 года визит в Азербайджан, назвал его мостом между цивилизациями. Азербайджан считает такие элементы «мягкой силы» (soft power), как мультикультурализм, межцивилизационный диалог, важным компонентом обеспечения мира и безопасности, и впредь будет продолжать системную деятельность в этом направлении.

Азербайджан также вносит вклад в процесс обеспечения стабильности в дружественном Афганистане, представляющем важное значение с точки зрения международного мира и безопасности, борьбы с терроризмом. В декабре 2017 года Баку принимал заседание министров иностранных дел «Сердце Азии — Стамбульский процесс» по Афганистану. А в июне этого года наша столица по предложению Афганистана и Германии, являющихся сопредседателями Международной контактной группы по Афганистану, организовала заседание Международной контактной группы.

Азербайджан, столкнувшийся в первые годы независимости с серьезными политико-экономическими, социальными проблемами и проблемами безопасности, принимая такие мероприятия, одновременно делится моделью своего инклюзивного развития, опытом осуществления Целей развития тысячелетия и Целей устойчивого развития.

- Большинство сотрудников Министерства иностранных дел составляет молодежь. Что Вы можете сказать о работе, проводимой в последнее время в области повышения профессионализма молодых дипломатов?
-Сегодня наряду с тем, что большую часть коллектива Министерства иностранных дел составляет молодежь, среди них преоблад

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti