news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 iyul 2018

No:164/18, XIN-nin Mətbuat xidmətinin məlumatı 

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) vasitəçiliyi ilə 11 iyul tarixində Brüsseldə görüşü keçiriləcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti