news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 iyun 2017

No:163/17, Xarici işlər naziri Elmar Məmmədyarov Avstraliyanın Beynəlxalq İnkişaf və Sakit okean üzrə naziri Konketta Fierravanti-Vells ilə görüşüb

Görüşdə Azərbaycan və Avstraliya arasında ikitərəfli münasibətlərin inkişafından və son dövrlər qarşılıqlı səfərlərin artmasından məmnunluq ifadə olundu.

Nazirlər 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini bildirərək, ikitərəfli əlaqələri daha da inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.

Konketta Fierravanti-Vells Azərbaycana səfər edən ilk Avstraliyalı nazir olmasından məmnunluq ifadə etdi və bu ilin oktyabr ayında Avstraliyalı iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfər edəcəyini diqqətə çatdırdı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verən Elmar Məmmədyarov, münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmalı olduğunu qeyd etdi.

Konketta Fierravanti-Vells ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi.

Görüşdə ikitərəfli münasibətlərdə parlament diplomatiyasının önəmi vurğulandı və bu xüsusdaAvstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun fəaliyyətindən razılıq ifadə edildi.

Nazirlər, həmçinin, Azərbaycanla Avstraliya arasında gəmi qayırma, kənd təsərrüfatı, turizm və mədən sahəsində əməkdaşlığın inkişafı etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti