No:162/18, Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhanomu qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və BMT-nin ixtisaslaşmış təşkilatı olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında əməkdaşlığı müsbət qiymətləndirdi.
Nazir Elmar Məmmədyarov Tedros Adhanomun ÜST-in Baş direktor vəzifəsinə seçilməsindən sonra təşkilat qarşısında müəyyənləşdirdiyi “hamı üçün səhiyyə, qadın və uşaqların müdafiəsi, təşkilat daxili islahatlar” kimi prioritetlərin təqdirəlayiq olduğunu nəzərə çatdırdı.
ÜST-nin Baş direktoru Tedros Adhanom səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərini yüksək qiymətləndirdi. O, ÜST ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edərək, Azərbaycan uğurlu təcrübəsinin digər üzv ölkələr üçün də maraqlı ola biləcəyini nəzərə çatdırdı. Baş Direktor Azərbaycanın dövlət xətti ilə xarici tələbələr üçün təqaüd proqramları nəzərdə tutduğunu qeyd edərək ÜST çərçivəsində də səhiyyə sahəsində təhsil üzrə təqaüdlərin ayrılması imkanlarına toxundu.
Görüş əsnasında ÜST-də Azərbaycandan olan mütəxəssislərin çalışması və Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası məsələlərinə dair fikir mübadiləsi aparıldı. Nazir Elmar Məmmədyarov Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi məqsədilə hökumət səviyyəsində əlaqələndirilmiş formada aparılan fəaliyyət barəsində həmsöhbətə məlumat verdi.