No:162/17, Estoniya Respublikasının xarici işlər naziri Sven Mikser Azərbaycana rəsmi səfər edəcək
Estoniya Respublikasının xarici işlər naziri Sven Mikser 12 iyun 2017-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olacaqdır.
Səfər çərçivəsində nazir Sven Mikserin xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 12 iyun tarixində saat 12.20-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.
Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.