news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 aprel 2022

No:160/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov və Gürcüstanın yeni xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı ilə bağlı məlumatı

4 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yeni xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

 

Nazir Ceyhun Bayramov Gürcüstanın yeni Xarici İşlər nazirini təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

 

Tərəflər, iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıb və gələcəkdə bu əlaqələrin daha da inkişafına dair əminlik ifadə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti