No:156/18, Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni diplomatik fəaliyyətinin baş çatması ilə əlaqədar qəbul edib
Görüşdə tərəflər iki qonşu ölkə olan Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin hazırkı durumu, son illər əldə edilmiş başlıca uğurlar və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi apardılar. Qeyd olundu ki, dövlətlərimiz beynəlxalq münasibətlərin gündəliyində duran bir çox vacib məsələlər üzrə ənənəvi olaraq həmrəylik göstərir və bölgənin inkişafına xidmət edən mühüm layihələri uğurla həyata keçirirlər.
T.Şaraşenidze diplomatik fəaliyyət illəri ərzində ikitərəfli münasibətlərin daha da irəlilədilməsi məqsədilə səylərini əsirgəmədiyini bildirdi və bu istiqamətdəki təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan hökumətinə təşəkkür etdi. O, Azərbaycanı çox sevdiyini və ölkəmizdən ən xoş və səmimi təəssüratlarla ayrıldığını vurğuladı.
E.Məmmədyarov fəaliyyəti müddətində T.Şaraşenidzenin dövlətlər arasında strateji xarakter daşıyan münasibətlərin inkişafına töhfə verdiyini bildirərək ona təşəkkür etdi və gələcək fəaliyətində uğurlar arzuladı.