No:155/21, Kotirovka sorğusunun nəticələri haqqında bildiriş

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi balansında olan nəqliyyat vasitələri üçün sürtkü materiallarının alınması və dəyişdirilməsi, eləcə də müxtəlif cari təmir işləri və xidmətlərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir.

Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “Avtoservis 555” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 05 may 2021-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti