No:155/18, Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfirini qəbul edib
28 iyun 2018 02:57
Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.Səfir Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
Nazir Elmar Məmmədyarov səfir Yusif bin Həsən Yusif əl-Saiyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi.