news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 iyun 2017

No:152/17, Perunun Azərbaycanda Səfirliyi fəaliyyətə başlayıb

Peru Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi fəaliyyətə başladı. 2 iyun tarixində Səfirliyin yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini Xarici İşlər Nazirliyində Dövlət Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüş keçirib. 

Pərvin Mirzəzadə Luis Çanq Boldriniyə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu etdi. Luis Çanq Boldrini fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirdi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti