No:151/17, Xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfərə yola düşüb
Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sans və digər rəsmi şəxslərlə görüşü, Azərbaycan Respublikası Hökuməti və Kosta Rika Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişin imzalanması nəzərdə tutulub.
19-20 oktyabr 2015-ci il tarixində Kosta Rika Respublikasının Xarici İşlər və Etiqad Naziri Manuel Qonsales Sans Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.