news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 iyun 2017

No:149/17, Xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Əşrəf Qani tərəfindən qəbul edilib

Xarici işlər nazirinin müavini Araz Əzimov 30-31 may 2017-ci il tarixlərində Əfqanıstan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Əşrəf Qani tərəfindən qəbul edilib.

Araz Əzimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və dəvət məktubunu Əfqanıstan Prezidentinə çatdırdı. Əfqanıstan Prezidenti Əşrəf Qani ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etdi.

Nazir müavini, həmçinin, Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani və digər rəsmi şəxslərlə də görüşdü.

Görüşlərdə ikitərəfli siyasi dialoq və praktiki əməkdaşlıq məsələləri müzakirə olundu. Əfqanıstan rəsmiləri ölkədə stabilliyin yaradılması işinə Azərbaycanın verdiyi dəstəyin və Asiyanın Ürəyi – İstanbul Prosesinə həm-sədrliyinin yüksək qiymətləndirildiyini bildirdilər.

Səfər əsnasında A.Əzimov Asiyanın Ürəyi – İstanbul Prosesinin səfirlər səviyyəsində görüşünə həm-sədrlik etdi. Sözügedən görüşdə bu ilin sonunda Bakıda keçiriləcək Asiyanın Ürəyi – İstanbul Prosesinin Nazirlər səviyyəsində iclasına hazırlıqla bağlı məsələlər müzakirə olundu.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti