news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 may 2019

No:148/19, Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasına yeni təyin olunmuş BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassettini qəbul edib

Görüşdə Alessandro Frakassetti təyinatı barədə müvafiq məktubu nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov Alessandro Frakassettini yeni təyinatı münasibətilə təbrik edərək, onun Azərbaycanla BMTİP arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirdi. Nazir ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğuladı və əlaqələrin daha da irəli aparılması üçün səylərin artırılmasının vacibliyi qeyd etdi.

Öz növbəsində, Alessandro Frakassetti BMTİP sistemində aparılan struktur islahatları barədə məlumat verdi və fəaliyyəti müddətində əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıldı.


Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti