No:145/25, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Türkiyənin Antalya şəhərində keçirilən görüşü ilə bağlı mətbuat məlumatı

12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. 

 

Tərəflər Azərbaycan və Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.

 

Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti