news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 iyun 2020

No:145/20, Xarici İşlər naziri Elmar Məmmədyarovun Estoniyanın Xarici İşlər naziri Urmas Reynsalu ilə telefon danışığı baş tutub

26 iyun 2020-ci il tarixində nazir Elmar Məmmədyarovun Estoniyadan olan həmkarı Urmas Reynsalu ilə telefon danışığı olub.

Nazirlər qlobal pandemiya ilə bağlı mövcud vəziyyəti, yeni koronavirus ilə mübarizə çərçivəsində görülən tədbirlər, həmçinin bu xüsusda beynəlxalq həmrəylik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, o cümlədən, siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Estoniyanın Xarici İşlər naziri ölkəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.

Nazir Elmar Məmmədyarov Estoniyanın Təhlükəsizlik Şurasının sədrliyindən bəhs edərək, bu xüsusda "Avropa torpağında İkinci dünya müharibəsinin bitməsindən 75 il sonra - gələcək qəddarlıqların qarşısının alınması üçün öyrənilmiş dərslər, Təhlükəsizlik Şurasının məsuliyyəti" mövzusunda Arria-formulu üzrə keçirilmiş yüksək səviyyəli iclası qeyd edib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti