news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 iyun 2018

No:142/18, Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarrini qəbul edib

Tərəflər Azərbaycan Respublikası və ÜƏMT arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirtdilər.

Nazir Elmar Məmmədyarov ölkəmizdə son illər ərzində əqli mülkiyyət sahəsində bir sıra əsaslı işlərin görüldüyünü bildirərək, dövlət tərəfindən bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyini qeyd etdi.

Tərəflər ÜƏMT və Azərbaycan arasında imzalanmış sənədlərin, eləcə də 2018-2021-ci illəri əhatə edən Tədbirlər Planının əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə əminliklərini ifadə etdilər.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında danışan nazir Elmar Məmmədyarov işğal altındakı ərazilərimizdəki resursların talanmasına yönəlik fəaliyyətlə məşğul olan Ermənistan şirkətlərinin və buradakı tarixi ərazilərimizə istinad edilən saxta ticarət nişanlarının və dəyişdirilmiş coğrafi göstəricilərin ÜƏMT sistemi vasitəsilə təşviq edilməsinə imkan verilməməsinin vacibliyini vurğuladı.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.


Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti