No:139/25, Daimi diplomatik xidmətə qəbul olunmuş əməkdaşların ilk andiçmə mərasiminə dair mətbuat məlumatı

9 aprel 2025-ci il tarixində Xarici İşlər Nazirliyində daimi diplomatik xidmətə qəbul olunmuş əməkdaşların ilk dəfə olaraq andiçmə mərasimi keçirilib. Andiçmə tədbiri yeni “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin tələblərinə əsasən təşkil olunub.

Andiçmə mərasimində Xarici İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən diplomatik xidmətə qəbul imtahanında müvəffəqiyyət qazanaraq, 6 ay müddətinə stajçı, daha sonra isə 3 aylıq sınaq müddəti ilə attaşe vəzifəsinə təyinatı həyata keçirilən əməkdaşlar iştirak edib.

Əməkdaşlar daha sonra “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən şəxsi işlərində saxlanılacaq andın yazılı mətnini imzalayıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti