news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 iyun 2020

No:139/20, Xarici İşlər naziri Elmar Məmmədyarovun Banqladeş Xalq Respublikasının Xarici İşlər naziri A. K. Abdul Momen ilə telefon danışığı baş tutub

24 iyun 2020-ci il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Banqladeşdən olan həmkarı A. K. Abdul Momen ilə telefon danışığı olub.

Hazırki qlobal vəziyyətə toxunan Nazirlər, COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər üzrə məlumat mübadiləsi aparıb və bu xüsusda, beynəlxalq həmrəyliyin və qarşılıqlı yardımın vacib olduğunu qeyd ediblər.

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələri üzrə fikir mübadiləsi apararaq, Azərbaycan və Banqladeş arasındakı siyasi münasibətlərin cari vəziyyətini məmnunluqla qeyd ediblər. Eyni zamanda, ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə edən tərəflər, gələcəkdə bu münasibətlərin genişləndirilməsi imkanlarının araşdırılmasının əhəmiyyətini bildiriblər.

Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələsinə toxunublar və gələcəkdə bu əməkdaşlığın davam etdirilməsinə razılıq ifadə ediblər.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti