No:132/18, Fransanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək
Fransanın xarici işlər naziri Jan-İv Lö Drian 27 may tarixində Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində xarici işlər naziri Jan-İv Lö Drianın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra Azərbaycan və Fransa xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur. Mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 27 may tarixində saat 12:00-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.
Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.