news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 may 2019

No:131/19, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib

Görüş zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev bu ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini məmnunluqla xatırlayaraq, bu görüşün çox məhsuldar bir görüş olduğunu və maraqlı müzakirələr aparıldığını diqqətə çatdırdı.

TDƏŞ-in Baş  katibi B.Amreyev Şuranın təsis olunmasının 10 illiyi münasibətilə növbəti Zirvə toplantısına bu ilin payızında Azərbaycanın ev sahibliyi edəcəyini vurğulayaraq, bu Zirvə toplantısının Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi. Tərəflər Zirvə görüşünə hazırlıqla bağlı geniş fikir mübadiləsi apardılar.

Daha sonra Baş katib TDƏŞ-də iqtisadiyyat, ticarət, maliyyə və nəqliyyat sahələrində həyata keçirilən son islahatlar barədə məlumat vərərək, bu istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasını diqqətə çatdırdı.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinə hər zaman olduğu kimi, gələcəkdə də töhfəsini davam etdirəcəyini söylədi.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti