No:128/23, Nazir Ceyhun Bayramovun ABŞ dövlət katibinin Beynəlxalq Təşkilatlar məsələləri üzrə köməkçisi Mişel Sison ilə görüşünə dair mətbuat məlumatı

6 mart 2023-cü il tarixində Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Beynəlxalq Təşkilatlar məsələləri üzrə köməkçisi Mişel Sison ilə görüşüb.

 

Görüş zamanı regiondakı cari vəziyyət, iki ölkə arasında ikitərəfli əlaqələr, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüş zamanı, nazir Ceyhun Bayramov Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda fəal rol oynadığını, hal-hazırda Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi həyata keçirdiyi və genişmiqyaslı təşəbbüslərlə çıxış etdiyini bildirilib. Qarşı tərəfə 2 mart tarixində Bakıda keçirilmiş Qoşulmama Hətəkatı Zirvə Görüşü və nəticələri barədə məlumat verilib. 

 

Nazir eyni zamanda, az inkişaf etmiş ölkələrə yardım və təqaüd proqramları barədə ətraflı məlumat verib. 

 

Nazir qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri və mövcud mina təhlükəsindən bəhs edib. Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın təxribatlardan əl çəkmədiyi, öhdəliklərinə zidd olaraq mina təhdidlərini davam etdirdiyi diqqətə çatdırılıb.

 

Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti