news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 may 2019

No:126/19, Nazir Elmar Məmmədyarov Qananın xarici işlər naziri ilə görüşdü

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazir Elmar Məmmədyarov Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya naziri Şirley Ayorkor Boçvey ilə görüşdü.

Ölkəmizdə yenidən olmasından məmnunluğunu bildirən qanalı nazir tədbirin yüksək səviyyədə təşkilini xüsusilə qeyd etdi.

Nazirlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi apardılar. Tərəflər insanlararası təmasların daha da artırılması məqsədilə qanalı tələbələrin Azərbaycanda təhsil imkanlarını müzakirə etdilər.

Görüşdə Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığı məsələləri də nəzərdən keçirildi.

Görüş zamanı habelə, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti