No:125/23, Nazir Ceyhun Bayramovun Cibuti Respublikasının xarici işlər naziri Mahamud Ali Yusuf ilə görüşünə dair mətbuat məlumatı

5 mart 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətərə işgüzar səfəri çərçivəsində Cibuti Respublikasının xarici işlər naziri Mahamud Ali Yusuf ilə görüşüb. 

 

Görüşdə Azərbaycan və Cubuti arasında ikitərəfli siyasi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz arasında xüsusilə iqtisadi, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. 

 

Görüş zamanı, nazir Ceyhun Bayramov BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda Azərbaycana, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hər zaman göstərdiyi dəstəyə görə Cibuti tərəfinə təşəkkür edib. 

 

Nazir, həmçinin həmkarına Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı üzv ölkələri üçün təhsil və təlim üçün təqaüd proqramı barədə məlumat verib və Cibutinin bu imkanlardan faydalanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Cibutinin xarici işlər naziri ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. 

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti