news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 may 2020

No:121/20, Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon söhbəti baş tutub

Bu ilin 24 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon söhbəti olub.

Nazir Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğlunun Azərbaycanın 28 May- Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul etdi. Tərəflər, habelə bir-birlərini  Ramazan bayramı münasibətilə təbrik etdilər və ən xoş arzularını ifadə etdilər.

Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi apardılar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti