No:121/17, Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsakzaini qəbul edib
Qulam İsakzai bu il Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünün qeyd edildiyini bildirərək, ötən müddət ərzində Azərbaycan və BMT arasında əlaqələrin yüksək inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırdı.
Nazir Elmar Məmmədyarov müstəqilliyinin ilk illərindən BMT-nin Azərbaycana dəstəyinin, Ermənistanın Azərbaycana təcavüzü nətəcəsində Azərbaycanın üzləşdiyi humanitar problemlərin nəticələrinin aradan qaldırılmasında BMT-nin müvafiq strukturlarının rolunun və BMT-nin əsas orqanları və ixtisaslaşmış təşkilatları ilə qurulmuş məhsuldar əlaqələrin yüksək qiymətləndirildiyini vurğuladı.
Görüş əsnasında UNDP-nin Azərbaycan ofisinin fəaliyyəti və Azərbaycan tərəfindən Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıldı.