news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 aprel 2019

No:117/19, Xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri ilə görüşdü

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Polşanın Dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri Marek Qrobarçik ilə görüşdü.

Nazir Marek Qrobarçik  Polşa Limanlarının fəaliyyəti  haqqında ətraflı məlumat verərək, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə böyük potensialın mövcudluğunu vurğuladı.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Polşa arasında limanlararası əməkdaşlığın vacibliyini qeyd edərək, Bakı Beynəlxalq Dəniz ticarəti Limanı və limanın tikintisinin hər üç mərhələləri haqqında dolğun məlumatı qarşı tərəfin diqqətinə çatdırdı. Həmçinin Nazir Bakı Beynəlxalq dəniz Ticarəti Limanı ilə Qdansk dəniz Limanı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun artıq razılaşdırıldığını qeyd etdi.

Daha sonra M.Qrobarçik Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında texnologiya sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğuladı. Nazir M.Qrobarçik ölkəsinin dəniz məhsullarının istehsalı ilə bağlı Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırdı.

Görüşdə iki ölkə arasında tranzit və inter modal daşımaçılıq məsələləri haqqında müzakirələr aparılırdı.

Nazir Elmar Məmmədyarov M.Qrobarçiki  Azərbaycana səfər etməyə dəvət etdi.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti