No:112/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlaması (Az/Ru)

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilər” və qondarma “andiçmə” şousu Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir.

Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyyət təşkil edən və müvafiq olaraq, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma “seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur və ola da bilməz. Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejim təcavüzkar Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni güc tətbiqi, ərazilərinin beşdə birinin işğalı, qanlı etnik təmizləmə və yüz minlərlə məcburi köçkünün fundamental hüquqlarının pozulmasının nəticəsidir.

Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi əhəmiyyəti olan Şuşa şəhərində “andiçmə” adı altında təşkil edilən bu təxribatda təcavüzkar Ermənistanın baş nazirinin iştirakı, özünü “demokrat” kimi təqdim edən birinin demokratiya anlayışına qara ləkə sürməsindən başqa bir şey deyildir.

Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalının davam etdiyi və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin zor gücünə didərgin salınaraq seçki hüquqlarından məhrum edildiyi bir şəraitdə hər hansı “seçki” və ya “andiçmə”dən danışmaq hüquqa zidd olduğu qədər, heç bir sağlam məntiqə sığmır və beləliklə də hamılıqla pislənir və rədd edilir.

Müharibə hələ bitməyib və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasını bütün mümkün vasitələrlə təmin etmək hüququna malikdir. Ermənistan rəhbərliyinin bu kimi təxribatçı fəaliyyəti münaqişənin sülh yolu ilə həlli cəhdlərini demək olar ki, heçə endirməklə, bölgədə gələcək hərbi qarşıdurmanın və gərginliyin artmasına xidmət edir.

Heç kəs şübhə etməsin ki, işğal olunmuş ərazilərimiz işğaldan azad olunacaq, beynəlxalq tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və məcburi köçkünlərin fundamental hüquqları təmin ediləcək.

 

***

Заявление Управления пресс-службы Министерства иностранных дел Азербайджанской Республики

Проведение незаконных «выборов» и так называемой «инаугурации» в оккупированном Арменией Нагорно-Карабахском регионе Азербайджана является очередным проявлением политики аннексии Республики Армения.

Результаты так называемых «выборов», которые противоречат как Конституции Азербайджанской Республики, так и нормам и принципам международного права и, соответственно, однозначно отвергаются международным сообществом, не имеют и не могут иметь какой-либо юридической силы. Сепаратистский режим, установленный на оккупированных территориях Азербайджана, является результатом незаконного применения силы против Азербайджана со стороны страны-агрессора Армении, приведшего к оккупации 1/5 части международно признанных территорий Азербайджана, осуществлению кровавой этнической чистки и нарушению фундаментальных прав сотен тысяч вынужденных переселенцев.

Участие премьер-министра страны-агрессора Армении в провокации под названием «инаугурация», организованной в городе Шуша, представляющем особую значимость в историко-культурном наследии азербайджанского народа, есть не что иное как чёрное пятно на понятии «демократия» для человека, который позиционирует себя «демократом».

В условиях продолжающейся военной оккупации Нагорно-Карабахского и прилегающих регионов Азербайджана и лишения избирательных прав насильственно изгнанного оттуда азербайджанского населения, проводимые там незаконные «выборы» или «инаугурации» помимо их явной противоправности не поддаются элементарной логике и, соответственно, представляют предмет всеобщего осуждения и отвержения.

Война ещё не закончена, и Азербайджан оставляет за собой полное право всеми необходимыми средствами обеспечить свою территориальную целостность в рамках международно признанных границ. Соответствующие провокационные действия руководства Армении сводят практически на нет все усилия по мирному урегулированию конфликта, служат усилению дальнейшего военного противостояния и росту напряжённости в регионе.

Пусть никто не сомневаться в том, что оккупированные территории будут освобождены, территориальная целостность Азербайджана будет восстановлена в пределах его международно признанных границ, а также будут обеспечены основополагающие права вынужденных переселенцев.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti