news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 aprel 2019

No:112/19, Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə San Marinonun yeni təyin edilmiş fəxri konsulunu qəbul edib

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə San-Marino Respublikasının yeni təyin edilmiş fəxri konsulu Rasim Qasımovu qəbul etdi.

Görüş zamanı Rasim Qasımov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim etdi.

Pərvin Mirzəzadə fəxri konsulu Rasim Qasımova gələcək fəaliyyətində uğurlar arzu etdi.

Görüşdə Azərbaycan ilə San-Marino arasındakı münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparıldı.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti