No:111/23, Nazir Ceyhun Bayramovun Küveyt dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah ilə görüşünə dair mətbuat məlumatı

2 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycanda səfərdə olan Küveyt dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah ilə görüşüb.

 

Görüşdə Azərbaycan və Küveyt arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq gündəliyi, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

 

Ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb. Nazir Ceyhun Bayramov BMT, QH, İƏT çərçivəsində ölkələr arasında qarşılıqlı dəstəyi məmnuniyyətlə qeyd edib.

 

Görüş zamanı habelə “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiya” çərçivəsində fəaliyyət müzakirə olunub.

 

Küveyt naziri Azərbaycanın Qoşulmama Hərəkatına müvəffəqiyyətli sədrliyinə görə minnətdarlıq ifadə edib. Əlaqələrin artan xətt üzrə inkişaf etdiyini qeyd edən nazir, iki ölkə arasında mütəmadi olaraq keçirilən görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.

 

Tərəflər həmçinin turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

 

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti