No:110/24, Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünə dair mətbuat məlumatı
15 mart 2024-cü il tarixində Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək.
Üçtərəfli görüş çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.