news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 aprel 2019

No:110/19, Nazir Elmar Məmmədyarov Polşanın Neft və qaz şirkətinin prezidenti ilə görüşüb

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Polşanın Neft və qaz şirkətinin prezidenti Piotr Vojnyak ilə görüşdü.

Nazir Elmar Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və infrastruktur layihələri haqqında ətraflı məlumat verdi. Azərbaycan tərəfinin iki ölkə arasında enerji sahəsində iş birliyini dəstəklədiyini bildirən nazir Elmar Məmmədyarov, Polşa ilə bu xüsusda əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırdı.

Öz növbəsində, Piotr Vojnyak Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduqlarını və SOCAR-ın təcrübəsindən yararlanmaq istədiklərini xüsusilə qeyd etdi.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdi.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti