No:107/18, San Marino Respublikasının xarici işlər üzrə dövlət Katibi Azərbaycana rəsmi səfər edəcək
01 may 2018 20:11
San Marino Respublikasının xarici işlər üzrə dövlət Katibi Nikola Renzi 2-3 may tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.Səfər çərçivəsində N.Renzinin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü planlaşdırılır.
Xarici İşlər Nazirliyində görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.