news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 may 2020

No:106/20, Xarici İşlər naziri Elmar Məmmədyarovun Belarus Respublikasının Xarici İşlər naziri Vladimir Makei ilə telefon danışığına dair

Cari ilin 13 may tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Belarus Respublikasının Xarici İşlər naziri Vladimir Makei arasında telefon danışığı baş tutub.

Hazırki qlobal vəziyyətə toxunan nazirlər, COVİD-19 qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər üzrə fikir mübadiləsi aparıb və bu xüsusda, beynəlxalq həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə edib və iki ölkə arasında mövcud olan siyasi münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd ediblər. Pandemiyaya baxmayaraq ticarət və iqtisadi münasibətlərin saxlanılması və daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı. Həmçinin nəqliyyat, loqistika və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı fəaliyyət məsələlərinə toxunuldu.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində, BMT, MDB, həmçinin Avropa İttifaqı ilə, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlər daxil olmaqla, həyata keçirilən əməkdaşlıq və birgə addımları müzakirə etdi.

Müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin gələcək gündəliyi müzakirə olundu. COVİD-19 pandemiyası ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılmasından sonra təmasların gələcəkdə davam etdirilməsinə dair razılıq ifadə olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti