news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 may 2020

No:102/20, Xarici İşlər naziri Elmar Məmmədyarovun Tacikistan Respublikasının Xarici İşlər naziri Sirociddin Muhriddin ilə telefon danışınına dair

Bu ilin 9 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Tacikistan Xarici İşlər naziri Sirociddin Muhriddin ilə telefon söhbəti baş tutub.

Nazirlər bir-birlərini Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75 illiyi münasibətilə təbrik etdilər.

Tərəflər hazırda mövcud olan beynəlxalq sağlamlıq böhranı ilə mübarizə çərçivəsində dövlətər tərəfindən atılan addımlar və bu xüsusda əməkdaşlığın əhəmiyyəti barədə ümumi fikir mübadiləsi apardılar.

İki qardaş ölkə arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, eləcə də nəqliyyat logistika sahəsi də daxil olmaqla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri Nazirlər tərəfindən geniş müzakirə edildi.

Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələsinə toxundular və gələcəkdə bu əməkdaşlığın genişləndirilməsinə razılıq ifadə etdilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti