No:102/19, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı (Az/Ru)
Qeyri-rəsmi tərcümə
Hörmətli Sergey Viktoroviç,
Hörmətli həmkarlar,
Azərbaycan Respublikası adından Sizi və MDB Xarici İşlər Nazirləri Şurasının üzvlərini salamlayıram. Bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmək, eləcə də qonaqpərvərlik və səmimi qəbul üçün Rusiya tərəfinə xüsusi təşəkkürümü bildirmək istərdim.
Qeyd etmək istərdim ki, MDB üzv dövlətlərin həm regional, həm də beynəlxalq gündəmdə duran aktual məsələləri müzakirə etmək və qarşılıqlı əlaqələndirmək məqsədilə hərtərəfli əməkdaşlıq üçün mühüm bir platformadır. Bu baxımdan, Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi formatında əməkdaşlıq və dialoqa xüsusi əhəmiyyət verir.
Hazırkı gündəmdə əsasən humanitar sahəyə aid geniş spektr üzrə məsələlərin müzakirəsi nəzərdə tutulur.
Hesab edirəm ki, humanitar sahədə əməkdaşlığın davam etdirilməsi ölkələrimiz arasında etimadın möhkəmlənməsini və Birliyin inkişafını daha da təşviq edəcəkdir.
Bu gün keçirilən iclasda "İkinci Dünya müharibəsinin başlamasının 80 illiyi ilə əlaqədar Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Dövlət Başçılarının bəyanatının layihəsi haqqında" Qərarın və "Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətləri xarici işlər nazirlərinin 1941-1945-ci illər Böyük Vətən müharibəsinin döyüşçülərinin məzarları və döyüşçülərin abidələrinin qorunması və onlara lazımi qayğı göstərilməsinin zərurəti haqqında" Qərarın imzalanması nəzərdə tutulub.
İkinci Dünya müharibəsinin başlamasının 80-ci ildönümü və xüsusilə Böyük Vətən müharibəsindəki Qələbənin 75-ci ildönümü ərəfəsində, Azərbaycanın faşizm üzərində Qələbənin əldə olunmasına çox böyük töhfə verdiyini qeyd etmək istərdim. Müharibədə Azərbaycandan təxminən 700 min nəfər iştirak edib, onlardan 400 min nəfər döyüş meydanlarında həlak olub və ya itkin düşüb.
Müharibə illərində Azərbaycan faşizm üzərində Qələbədə həlledici rol oynayıb. Mən əminliklə deyə bilərəm ki, əgər Azərbaycan nefti, Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tamamilə fərqli ola bilərdi. O dövrdə Sovet İttifaqında 110 milyon ton neft hasil olunub. Onlardan 75 milyon ton Azərbaycan neft sənayesi işçiləri tərəfindən hasil olunub.
Hörmətli həmkarlar,
Bugünkü iclasımız beynəlxalq ictimaiyyətin sülhə, təhlükəsizliyə və dayanıqlı inkişafa yeni təhlükələrlə üzləşdiyi bir vaxtda baş verir. Beynəlxalq arenada təşəkkül tapan yeni reallıqlar regional sabitlik və təhlükəsizliyə olan təhdidlərə qarşı mübarizə məqsədilə, terrorizmə, separatçılığa, ekstremizmə, silahların və narkotiklərin qanunsuz dövriyyəsinə, habelə kibercinayətlər əleyhinə mübarizə sahəsində bütün dövlətlərin səmərəli əməkdaşlığını tələb edir.
Təəssüflər olsun ki, MDB məkanında hələ də regional əməkdaşlıq, ümumi etimad mühitinin və MDB-nin bütün iştirakçı dövlətləri arasında daha sıx qarşılıqlı əlaqələrin yaradılması üçün əsas maneə olan həll edilməmiş silahlı münaqişələr mövcuddur. Ekstremizm və təcavüzkar separatizm ərazi iddialarına əsaslanan dövlətlərarası münaqişələrin kök səbəbidir və bir çox hallarda dövlətlərin ərazi bütövlüyünün pozulmasına gətirib çıxarır. Biz o mövqedən çıxış edirik ki, beynəlxalq hüququn ümumən qəbul edilən prinsipləri və normalarına uyğun olaraq, münaqişələrin tezliklə suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında həll olunması, şübhəsiz, regional və beynəlxalq təhlükəsizliyin, sosial tərəqqinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir.
Hörmətli Şura üzvləri,
Azərbaycan Respublikasının təşəbbüsü ilə başlanılan qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün də nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə mühüm töhfə verməkdə davam edir.
Ötən ilin may ayında yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin açılışı Azərbaycan tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən yeni liman ölkənin tranzit imkanlarını genişləndirməkdə mühüm rol oynamaqdadır. Yeni Bakı Beynəlxalq Limanının işə salınması ilə, yeni liman kompleksində şimaldan, cənubdan, şərqdən və qərbdən dəhlizlər vasitəsilə, habelə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropaya və ya şərqə doğru gəmilərlə daşınma üçün yönəldilən yük axınlarının cəmləşdirilməsini təmin edən səmərəli və davamlı logistika zənciri yaradılmışdır.
Bununla yanaşı, yoxsulluq səviyyəsinin azaldılması, iqtisadi artım və sosial inkişafın dinamikasının qorunub-saxlanması, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi diversifikasiyanın sürətləndirilməsi Azərbaycan əhalisinin rifahını yüksəltməyə və ölkənin iqtisadi inkişafına yönəldilmiş uğurlu inkişaf siyasətini həyata keçirməyə imkan verir.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın Xəzəryanı dövlətlər tərəfindən 2018-ci il avqustun 12-də imzalanmasını məmnuniyyətlə qeyd etmək istərdim. Bu əsas sənəd müasir tələblərə cavab verən və Xəzər dənizinin sahilyanı ölkələrinin hərtərəfli qarşılıqlı fəaliyyətini daha da intensivləşdirilməsi məqsədini daşıyan yeni bir hüquqi rejim yaradır.
Bu baxımdan, həmçinin qeyd etmək istərdim ki, Konvensiyaya uyğun olaraq yaradılan Xəzər dənizi məsələlərinə dair Yüksək səviyyəli İşçi Qrupunun ilk iclası bu ilin 19-20 fevral tarixlərində Bakıda keçirildi və iclas çərçivəsində tərəflər Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsi üzrə metodika haqqında Saziş layihəsinin razılaşdırılmasına başladılar.
Hörmətli həmkarlar,
Azərbaycan humanitar sahədə əməkdaşlığın gücləndirilməsinə də böyük önəm verir. Ölkəmiz humanitar məsələləri müzakirə etmək üçün beynəlxalq platformalardan birinə çevrildi.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə başlayan və ötən ildə onilliyini qeyd edən Mədəniyyətlərarası dialoq üzrə Beynəlxalq Forum – Bakı Prosesi cəmiyyətdə tolerantlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə yönəlmiş birgə beynəlxalq səylərin dəstəklənməsi üçün bir platformadır.
Ötən il oktyabrın 25-26-da Bakıda artıq ənənəyə çevrilən və beynəlxalq mədəni və humanitar əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verən VI Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Bundan əlavə, ayrıca qeyd etmək istərdim ki, bu il martın 14-16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi "Yeni dünya xarici siyasəti" mövzusunda VII Qlobal Bakı Forumu keçirilmişdir. Əminliklə deyə bilərəm ki, bu tədbirlər mədəniyyətlərarası dialoq dəyərlərinin təşviq edilməsində Azərbaycanın göstərdiyi səylərin tanınmasının nəticəsidir.
Sözümü yekunlaşdıraraq, hamıya uğurlu iş arzulamaq istərdim.
Diqqətiniz üçün təşəkkür edirəm.
Уважаемый Сергей Викторович,
Уважаемые коллеги,
Позвольте от имени Азербайджанской Республики поприветствовать Вас, а также членов Совета министров иностранных дел СНГ. Хотел бы отметить высокий уровень организации данного мероприятия и выразить особую признательность Российской стороне за гостеприимство и теплый прием.
Хотелось бы отметить, что СНГ является важной платформой для всестороннего сотрудничества государств-участников Содружества в обсуждении и взаимодействии по актуальным вопросам как региональной, так и международной повестки дня. В этом контексте Азербайджанская Республика придает особую значимость сотрудничеству и диалогу в формате Содружества Независимых Государств.
Нынешняя повестка дня предусматривает обсуждение широкого спектра вопросов, затрагивающих в основном гуманитарную сферу.
Считаю, что продолжение сотрудничества в гуманитарной сфере будет и впредь способствовать укреплению доверия между нашими государствами и развитию нашего Содружества.
На сегодняшнем заседании предусмотрено подписание Решения «О проекте Заявления глав государств-участников Содружества Независимых Государств в связи с 80-летием начала Второй мировой войны» и Решения «Об Обращении министров иностранных дел государств-участников Содружества Независимых Государств о необходимости сохранения и надлежащего ухода за воинскими захоронениями и воинскими памятниками Великой Отечественной войны 1941-1945 годов».
В связи с 80-летием начала Второй мировой войны, и особенно в преддверии празднования 75-летия Победы в Великой Отечественной войне, хотел бы отметить огромный вклад Азербайджана в достижении Победы над фашизмом. Около 700 тыс. человек из Азербайджана участвовали в войне, из них 400 тыс. погибли на полях сражения и пропали без вести.
В годы войны Азербайджан сыграл решающую роль в Победе над фашизмом. С уверенностью могу сказать, что не будь азербайджанской нефти, труда азербайджанских нефтяников, итоги войны могли бы быть совершенно иными. В то время в Советском Союзе было добыто 110 миллионов тонн нефти. Из них 75 миллионов тонн были добыты азербайджанскими нефтяниками.
Уважаемые коллеги,
Наше сегодняшнее заседание проходит в период, когда международное сообщество сталкивается с новыми угрозами для мира, безопасности, устойчивого развития. Новые реалии, сложившиеся на международной арене, требуют эффективного взаимодействия всех государств в противодействии терроризму, сепаратизму, экстремизму, незаконному обороту оружия, наркотиков и киберпреступности в целях борьбы с вызовами и угрозами региональной стабильности и безопасности.
К сожалению, на пространстве СНГ все еще существуют неурегулированные вооруженные конфликты, которые являются главным препятствием для регионального сотрудничества, создания общего климата доверия и более тесного взаимодействия между всеми государствами-участниками СНГ. Экстремизм и агрессивный сепаратизм становятся первопричиной межгосударственных конфликтов, основанных на территориальных притязаниях, и зачастую приводят к подрыву территориальной целостности государств. Исходим из того, что скорейшее урегулирование конфликтов на основе суверенитета, территориальной целостности и нерушимости границ государств в соответствии с общепризнанными принципами и нормами международного права несомненно будет способствовать укреплению региональной и международной безопасности, социальному прогрессу и экономическому сотрудничеству.
Уважаемые члены Совета,
Реализация инициированных Азербайджанcкой Республикой глобальных энергетических и транспортных проектов, продолжает вносить важный вклад в модернизацию транспортной инфраструктуры не только для нашей страны, но и для региона в целом.
Открытие в мае прошлого года комплекса нового Бакинского международного морского торгового порта является следствием проводимой успешной экономической политики Азербайджаном. Расположенный на пересечении транспортных коридоров Север-Юг и Восток-Запад новый порт, уже играет важную роль в расширении транзитных возможностей страны. С запуском нового Бакинского международного порта появилась база для формирования эффективной и устойчивой логистической цепи, обеспечивающей сосредоточение в новом портовом комплексе грузовых потоков, поступающих в страну по коридорам с севера, юга, востока и запада, и для транспортировки по железнодорожной линии Баку-Тбилиси-Карс в направлении Европы или судами в восточном направлении.
Наряду с этим, сокращение уровня бедности, сохранение динамики экономического роста и уровня социального развития, укрепление макроэкономической стабильности, улучшение инвестиционной среды, ускорение диверсификации экономики, позволяет Азербайджану осуществлять успешную политику устойчивого развития, рассчитанную на повышение благосостояния населения и экономического развития страны.
Хотелось бы с удовлетворением отметить и подписание 12 августа 2018 года прикаспийскими государствами Конвенции о правовом статусе Каспийского моря. Этот основополагающий документ создает новый правовой режим, отвечающий современным требованиям и нацеленный на дальнейшую интенсификацию всестороннего взаимодействия прибрежных стран Каспийского моря.
В этой связи также хотелось бы отметить, что 19-20 февраля сего года в городе Баку состоялось первое заседание Рабочей группы высокого уровня по вопросам Каспийского моря, созданного в соответствии с Конвенцией, в рамках которого стороны приступили к согласованию проекта Соглашения о методике установления прямых исходных линий на Каспийском море.
Уважаемые коллеги,
Азербайджан также придает важное значение укреплению сотрудничества в гуманитарной сфере. Наша страна зарекомендовала себя как одна из международных площадок по обсуждению вопросов гуманитарного характера.
Инициированный Президентом Азербайджанской Республики господином Ильхамом Алиевым в 2008 году как Бакинский Процесс – Международный Форум по межкультурному диалогу, отметивший свое десятилетие в прошлом году, является платформой для поддержания совместных международных усилий, направленных на укрепление толерантности и взаимопонимания в обществе.
25-26 октября прошлого года в г. Баку прошел, ставший уже традиционным, 6-й Бакинский международный гуманитарный форум, который вносит значительный вклад в укрепление международного культурного, гуманитарного сотрудничества. Кроме этого, хочу особо отметить, что 14-16 марта сего года в Азербайджане прошел VII Глобальный Бакинский форум на тему «Новая мировая внешняя политика» организованный Международным центром Низами Гянджеви под патронатом Президента Азербайджанской Ресублики господина Ильхама Алиева. С уверенностью могу сказать, что указанные мероприятия являются результатом признания усилий Азербайджана в продвижении ценностей межкультурного диалога.
В заключение, позвольте пожелать всем успешной работы.