No:101/19, Nazir Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb
5 aprel tarixində Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının xarici illər naziri Sergey Lavrov ilə ikitərəfli görüş keçirib. Görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.