news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 may 2020

No:099/20, Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasının Xarici İşlər naziri Serqey Lavrov ilə telefon söhbətinə dair AR XİN-in Mətbuat xidməti idarəsinin məlumatı

Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Xarici İşlər naziri Serqey Lavrov ilə telefon söhbəti baş tutub.

Telefon danışığı zamanı nazir E.Məmmədyarov Rusiyalı həmkarını 9 may Böyük Vətən müharibəsi qələbəsinin 75 illiyi münasibətilə təbrik edib və öz növbəsində S.Lavrov bu əlamətdar gün münasibətilə təbriklərini Azərbaycan Xarici İşlər nazirinə çatdırıb.

Tərəflər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər və əməkdaşlıq məsələlərini, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

Nazirlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi üzrə fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti