news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 aprel 2018

No:095/18, Xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Baş katib Rəşid Alimov Şanxay Əməkdaşlıq Təşkilatının ölkəmizdə keçirilən prezident seçkilərini müşahidə etməsi üçün yaradılan şəraitə görə təşəkkürünü ifadə etdi, bununla əlaqədar məhsuldar görüşlər keçirdiklərini, seçkiqabağı mühitlə yaxından tanış olduqlarını və seçkilərin müşahidəsi üçün lazımı hazırlıq tədbirləri gördüklərini qeyd etdi.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı olduğunu bildirən Baş katib son dövrlər ölkəmizin təşkilat çərçivəsində keçirilən mədəni və ictimai tədbirlərdə fəal iştirakını təqdir etdi.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əlaqələrin inkişafına göstərdiyi dəstəyə görə baş katib R.Alimova təşəkkürünü bildirən nazir E.Məmmədyarov Azərbaycanın təşkilatla əməkdaşlığı daha da genişləndirmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu vurğuladı.

Nazir Elmar Məmmədyarov Azərbaycanın ŞƏT üzv dövlətlərlə ikitərəfli səviyyədə dostluq və tərəfdaşlıq əlaqələrinə malik olduğunu qeyd edərək ölkəmizin iştirakı ilə həyata keçirilən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizi layihələrinin ŞƏT çərçivəsində əməkdaşlıq üçün geniş imkanlar açdığını nəzərə çatdırdı.

Görüş əsnasında ŞƏT haqqında Azərbaycan ictimaiyyətində məlumatlandırmanın artırılması və ictimai diplomatiya təyinatlı layihələrin həyata keçirilməsi məsələsinə də toxunuldu.

Söhbət zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti