news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 mart 2019

No:094/19, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

28 mart tarixində Vyanada ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab  Mnatsakanyan arasında görüş keçirildi.

Görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə etdilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti