news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 aprel 2018

No:094/18, Qoşulmama Hərəkatın Bakıda keçirilmiş Aralıq Nazirlər konfransının Yekun Sənədi ilə əlaqədar mətbuata məlumat 

Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi ilə 5-6 aprel 2018-ci ildə Bakıda keçirilmiş 18-ci Aralıq Nazirlər konfransında qəbul edilmiş Yekun Bakı Sənədində Azərbaycanla əlaqəli bir sıra mühüm bəndlər və müddəalar öz əksini tapıb.

Sənəddən çıxarışlar: 

-          Qoşulmama Hərəkatının 5-6 aprel 2018-ci ildə Bakı nazirlər toplantısını mükəmməl səviyyədə təşkilinə, qonaqpərvərliyə və ev sahibliyi edilməsinə görə Azərbaycan Respublikasının xalqına və Hökumətinə təşəkkür ifadə olunur. 

-          Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Expo2025 namizədliyi alqışlanır və yeganə Qoşulmama Hərəkatı üzvü olaraq Expo2025 Bakıda keçirilməsi üçün Azərbaycanın apardığı kampaniyaya uğurlar arzu edilir. 

-          Azərbaycan Respublikasının Qoşulmama Hərəlatının 2019-cu ildə XVIII zirvə toplantısına ev sahibliyi etmək təklifi alqışlanılır və Qoşulmama Hərəkatı ölkələri bu zirvə toplantısında fəal şəkildə iştirak etməyə dəvət olunur. 

-           BMT-nin Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə 7-ci Qlobal Forumunun nəticələri və bu forumda beynəlxalq təşkilatlar, BMT üzv dövlətləri və vətəndaş cəmiyyətinin fəal iştirakı qeyd olunur. 

-          Azərbaycanın 2017-ci ilin dekbarında Asiyanın Ürəyi-İstanbul Prosesinin 7-ci nazirlər toplantısına ev sahibliyi etməsi təqdir olunur. 

-          Nazirlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq edirlər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırırlar. 

 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti