No:093/24, Nazir Ceyhun Bayramovun Lüksemburq Böyük Hersoqluğunun Baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri, əməkdaşlıq və humanitar məsələlər naziri Xavier Bettel ilə görüşünə dair mətbuat məlumatı  

2 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun Baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri, əməkdaşlıq və humanitar məsələlər naziri Xavier Bettel ilə görüş keçirib.
 
Görüşdə son zamanlar Azərbaycan-Lüksemburq təmaslarında müşahidə olunan canlanma məmnunluqla qeyd edilərək, ölkələrimiz arasında siyasi dialoqun vacibliyi vurğulanıb.
 
Azərbaycan ilə Lüksemburq arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün qarşılıqlı səylərin fəallaşdırılmasının, siyasi dialoqun, qarşılıqlı səfərlərin zəruriliyi qeyd olunub.
 
Görüş zamanı, Ermənistanın Azərbaycana qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğalı, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib.

 

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti