news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 aprel 2018

No:093/18, Xarici işlər naziri Elmar Məmmədyarov Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı diplomatik fəaliyyətinin baş çatması ilə əlaqədar qəbul edib

Görüşdə tərəflər Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlərin hazırkı durumu, son illər əldə edilmiş uğurlar və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi apardılar.

V.Pivonka diplomatik fəaliyyəti ərzində ikitərəfli münasibətlərin daha da irəlilədilməsi məqsədilə səylərini əsirgəmədiyini bildirdi və bu istiqamətdəki təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan hökumətinə təşəkkür etdi. O, Azərbaycanı çox sevdiyini və ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğuladı.

E.Məmmədyarov fəaliyyəti müddətində V.Pivonkanın dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək ona təşəkkür etdi və gələcək fəaliyətində uğurlar arzuladı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti