No:090/20, Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Özbəkistanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi
Cari ilin 5 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarov Özbəkistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Bahrom Aşrafxanovu qəbul edib.
Səfir Bahrom Aşrafxanov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.
Nazir Elmar Məmmədyarov Bahrom Aşrafxanovu səfir təyin olunması münasibətilə təbrik etdi və qardaş Özbəkistan səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı.
Tərəflər Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə etdilər. Ticarət və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olundu.
Mövcud pandemiya ilə mübarizə kontekstində ölkələr arasında qarşılıqlı dəstək və əməkdaşlığın zəruriliyi vurğulayan tərəflər, ümumdünya sağlamlıq böhranından sonrakı dövrdə ikitərəfli əməkdaşlıq gündəliyində duran tədbirlərin həyata keçirilməsi üzrə fikri mübadiləsi apardılar.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.