No:089/22, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ölkəmizin Ukraynadakı səfirliyinin diplomatlarının Kiyev şəhərindən Lvov şəhərinə köçürülməsi barədə məlumatı
Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükə şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.
Müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı Azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.
Səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamaq olar:
+380 73 5050000
+380 99 408 99 43