No:089/20, AR XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər naziri Z.Mnatsakanyanın münaqişənin mərhələli həlli ilə bağlı parlament komissiyasının iclasında səsləndirdiyi fikirlərinə münasibət bildirilməs
Cavab: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz bəllidir və dəyişilməzdir. Münaqişə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmalı və bu torpaqlardan didərgin salınmış məcburi köçkünlər öz evlərinə geri qayıtmalıdırlar. Bu məsələdə hər hansı bir əlavə şərhə yer yoxdur.