news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 may 2020

No:087/20, Nazir Elmar Məmmədyarovun Böyük Britaniya Xarici İşlər Nazirliyində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini Vendi Morton ilə onlayn görüşünə dair

Xarici İşlər naziri Elmar Məmmədyarovun Böyük Britaniya Xarici İşlər Nazirliyində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini (Avropa Qonşuluğu və Amerika üzrə nazir müavini) Vendi Morton ilə onlayn görüşü baş tutub.

Görüşün əvvəlində Nazir E.Məmmədyarov V.Mortonu yeni təyinatı münasibətilə təbrik etdi.

Sonra tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyinə daxil olan bir sıra məsələləri müzakirə etdilər.

Hazırki qlobal vəziyyətə toxunan tərəflər, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər və qarşılıqlı dəstək məsələləri üzrə fikir mübadiləsi apardılar.

Həmçinin Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırki mərhələsi ilə bağlı həmsöhbətini maraqlandıran sualları cavablandırdı.


V.Morton, öz növbəsində ölkəsinin münaqişə ilə bağlı mövqeyinin bəlli olduğunu bildirdi və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha qeyd etdi.

Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, bu xüsusda enerji layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti