No:085/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ukraynadan təxliyə edilən vətəndaşlarımıza qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsinə dair məlumatı

Azərbaycan Respublikası Hökumətinin qərarına uyğun olaraq, Ukraynadakı vəziyyətlə əlaqədar üçüncü ölkələr vasitəsilə təxliyə edilən Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə maneəsiz səfər edə bilmələri üçün həmin şəxslərə Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri 03 mart 2022-ci il tarixdən etibarən rüsumsuz rəsmiləşdiriləcəkdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti